MY-dan "Barsa"ya 150 milyonluq təklif

ESTAFET/ "Mançester Yunayted" "Barselona"nın vingeri Anssumane Fatinin xidmətində maraqlıdı. "The Times"ın xəbərinə görə, MY "Barselona"ya 150 milyon avro təklif edib. Fatinin təzminat məbləği 170 milyon avro təşkil edir.
"Qırmızı şeytanlar"la yanaşı, "Nyukasl", "Monako", "Nitsa" və Dortmund "Borussiya"sı da 17 yaşlı futbolçunu transfer etməyə çalışır.
Daha öncə katalon klubu "Yunayted"in Fatiyə görə göndərdiyi 100 milyon avroluq təklifi rədd etmişdi.
