"Fənərbaxça"dan David Luizə təklif

ESTAFET/ Uğursuz mövsüm keçirən "Fənərbaxça" gələn mövsümün planlarını cızmağa başlayıb. "Sivasspor"dan Mərt Hakan Yandaşla anlaşan İstanbul təmsilçisi transfer etmək istədiyi ilk əcnəbi futbolçunu müəyyənləşdirib.
"Sarı-lacivərdlilər" müdafiə xəttindəki problemi "Arsenal"lı David Luizlə həll etmək niyyətindədir. "Topçular"la müqavilə müddəti başa çatan braziliyalı futbolçu ilə danışıqlara artıq start verilib. Super Liqa klubu 33 yaşlı "sambaçı"ya ilinə 3,5 milyon avroluq maaş olmaqla 2 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, David Luizlə "Benfika" da maraqlanır. Lakin "Fənərbaxça"nın şərtləri onun üçün daha cəlbedici görünür.
