Pedro “Roma” ilə 2 illik müqavilə imzalayacaq

ESTAFET/ İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriges karyerasını İtaliyada davam etdirəcək. 32 yaşlı ispaniyalı hücumçu “Roma” ilə müqavilə imzalayacaq.

O, növbəti iki mövsümdə “canavarlar”ın formasını geyinəcək. Lakin Pedro cari mövsümü London təmsilçisində başa vuracaq. Bununla bağlı anlaşan tərəflər yaxın günlərdə qısa müddətli müqavilə bağlayacaq. 

 

Müəllif: Orxan NOVRUZOV