Millətlər Liqası-2021 təxirə salındı

ESTAFET/ Afrika Millətlər Liqası-2021 təxirə salınıb. Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış təqvim sıxlığıdır.
Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında gələn il baş tutmalı olan yarışın 2022-ci ilin yanvarında keçirilməsi qərara alınıb. Bu qərar 2023-cü ildə Fil Dişi Sahilində baş tutacaq yarışın tarixinə də təsir edə bilər.
Qeyd edək ki, Afrika Millətlər Liqası-2021 gələn il yanvarın 9-da Kamerunda start götürməli idi.
