Səlahət maaşının azaldılmasına razı olmur
ESTAFET/ "Neftçi" rəhbərliyi Səlahət Ağayevin maaşının azaldılmasını istəyir. Ancaq yığmanın qapıçısı qüvvədə olan 1 illik müqaviləsinin maliyyə dəyərinin aşağı salınması təklifini qəbul etməyib. Hazırda təcrübəli qolkiperlə danışıqlar davam etdirilir.
Qeyd edək ki, Səlahət Ağayev bu il cəmi 1 rəsmi oyunda meydançaya çıxıb.