AĞIRLIQQALDIRMA ÜZRƏ AVROPA ÇEMPİONATI - SON GÜNÜN NƏTİCƏLƏRİ

ESTAFET/ Bu gün Split (Xorvatiya) şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı sona çatıb. Çempionatda 42 ölkədən 324 (144 qadın, 180 kişi) ağır atlet Avropanın ən güclüsü adı uğrunda mübarizə aparırdı.


Çempionatın son günündə kişilər 105 və +105 kq, qadınlar isə +90 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Mükafatçılar aşağıdakı kimi formalaşıb.

 

QADINLAR: +90 KQ  

   İdmançı  Ölkə  Birdən  Təkan  Yekun
 1  Tatyana Kaşirina  RUS  137  180  317
 2  Anastasiya Lisenko  UKR  125  152  277
 3  Krizstina Maqat  HUN  104  130  234

 

KİŞİLƏR: 105 KQ 

   İdmançı  Ölkə  Birdən  Təkan  Yekun
 1  Simon Martirosyan  ARM  184  230  414
 2  Vasil Qospodinov  BUL  180  217  397
 3  Arkadius Mişalski  POL  170  217  387

        

KİŞİLƏR: +105 KQ 

   İdmançı  Ölkə  Birdən  Təkan  Yekun
 1  Laşa Talaxadze  GEO  217  250  467
 2  Qor Minasyan  ARM  211  235  446
 3  Ruben Aleksanyan  ARM  190  244  434