Mbappe üçün 100 milyon avroluq bonus

ESTAFET/ İspaniyanın “Real” klubunun Killian Mbappe ilə bağlı planı bəlli olub. La Liqa təmsilçisi Fransa yığmasının və PSJ-nin 21 yaşlı hücumçusunu 2022-ci ilin yayında heyətinə qatmağa qərar verib.

Həmin vaxt parislilərlə müqaviləsi başa çatacaq forvard azad agent statusu daşıyacaq. Oyunçu pulsuz əldə olunduğundan Mbappeyə bonus təklif ediləcək. Bu məbləğ 100 milyon avro olacaq.

Qeyd edək ki, Killian Liqa1-in son mövsümündə 20 oyuna 18 qol vurub və 6 məhsuldar ötürmə verib.

Müəllif: Orxan NOVRUZOV