Ermənistan MDB Oyunlarında Azərbaycana rəqib olmayacaq

ESTAFET/ Ermənistan idmançıları MDB ölkələrinin Oyunlarında iştirak etməyəcək. Bu, iştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə açıqlanıb.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan yarışa qatılmamağın səbəbini koronavirus pandemiyası ilə izah edib: “Təəssüf ki, yaranmış vəziyyətlə bağlı ölkəmiz MDB ölkələrinin Oyunlarında iştirak edə bilməyəcək”.

Qeyd edək ki, Azərbaycan idmançılarının da qatılması gözlənilən ilk Oyunlar sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV