"Bu oyunla "Napoli”ni keçməyəcəyik”: Messi "Barselona"nı tənqid etdi

ESTAFET/ “Barselona”nın kapitanı Lionel Messi Primeronun XXXVII turunda evdə “Osasuna”ya uduzduqları oyundan (1:2) sonra komandasını tənqid edib. Argentinalı hücumçu İspaniya mətbuatına açıqlamasındagöstərdikləri oyunla uğur qazanmağın çətin olduğunu bilidirib: "Belə bitəcəyini gözləmirdik, amma bu məğlubiyyət bütün mövsümü xarakterizə edir. Oyunumuzda aqressivlik çatmır. Bu qədər xal itirməməli idik. “Real” bizdən fərqli olaraq öz işini gördü. Fasilədən sonra xal itirmədilər. "Barselona" hər oyunda qalib gəlməyə borclu olsa da, bunu edə bilmədik".

Messinin fikrincə, bu çıxış nəinki Çempionlar Liqası, heç çempionatda belə uğur qazanmağa bəs etmədi: "Artıq Çempionlar Liqası haqqında düşünməliyik. Dəyişmək və inkişaf üçün vaxt var. Ancaq bu oyunla "Napoli”ni  keçməyəcəyik”.

Qeyd edək ki, “Barselona” ÇL-nin 1/8 finalının ilk oyununda “Napoli” ilə səfərdə 1:1 hesablı heç-heçə edib. (sport24.az)

Müəllif: Natiq NƏSİROV