“Neftçi” bəlli, "Keşlə" və "Sumqayıt" qeyri-müəyyən

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 80 klub dəqiqləşib. Bu mərhələdə oynayacaq 94 klubdan 86-sı ilk matçına çıxacaq.

Digər 8 komanda isə ilkin mərhələnin qalibləri olacaq. Püşkatma zamanı klublar reytinqinə görə səbətlərə bölünəcək.

80 komandadan 39-nun səpələnmişlər səbətində olacağı dəqiqləşib. 38 komanda isə onlara rəqib olacaq səpələnməmişlər sırasındadır.

Digər 3 klubun taleyinə hələ aydınlıq gəlməyib. Onların hansı səbətdə olmasının bilinməsi üçün daha çox iştirakçıların dəqiqləşməsi lazımdır. Həmin qeyri-müəyyənlər arasında Azərbaycan təmsilçiləri "Keşlə" və "Sumqayıt" da var. Premyer Liqanın gümüş mükafatçısı “Neftçi” isə səpələnmişlər sırasında qərarlaşacaq və nisbətən zəif komandalardan birinə rəqib olacaq.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.

Avropa Liqası, 2020/21 mövsümü
I təsnifat mərhələsi

Səpələnmişlər
APOEL (Kipr)
“Partizan” (Serbiya)
"Styaua" (Rumıniya)
"Maribor" (Sloveniya)
"Hapoel" (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr) 
“Fehervar” (Macarıstan) 
“Şkendiya” (Şimali Makedoniya)
TNS (Uels) 
“Dinamo” (Minsk, Belarus) 
"Lex" (Polşa)
"Aberdin" (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan)
“Kayrat” (Qazaxıstan) 
“Jalgiris” (Vilnüs, Litva) 
“Motervell” (Şotlandiya) 
"Kukesi" (Albaniya)
“Vaduts” (Lixtenşteyn) 
“Valletta” (Malta)
“Ventspils” (Latviya)
"Olimpiya" (Sloveniya)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya) 
“Nomme Kalyu” (Estoniya) 
“Şaxtyor” (Belarus)
“Hammarbü” (İsveç) 
“Hafnarfyordur” (İslandiya) 
"Bodo-Qlimt" (Norveç)
“Riterlay” (Litva) 
“Proqress” (Lüksemburq)
MOİK (Bolqarıstan)
"Sutyeska" (Monteneqro)
“Honved” (Macarıstan) 
“Makkabi” (Hayfa, İsrail)
"Beytar" (İsrail)
“Ordabası” (Qazaxıstan) 
“Neftçi” (Azərbaycan) 

Səpələnməmişlər
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
"Slaviya" (Bolqarıstan)
"Pyast" (Polşa)
“Levadiya” (Estoniya)
“Hibernians” (Malta) 
"Dunayska" (Slovakiya)
"Rujomberok" (Slovakiya)
"Jilina" (Slovakiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
"Laçi" (Albaniya)
"Mura" (Sloveniya)
“Puşkaş Akademi” (Macarıstan)
“Saburtalo” (Gürcüstan) 
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova) 
“Union” (Lüksemburq) 
“Differdanj” (Lüksemburq) 
“Jalgiris” (Kauno, Litva)
RFS (Latviya) 
“Valmiera” (Latviya)
"Noa" (Ermənistan)
"Şirak" (Ermənistan)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Sfantul” (Moldova) 
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya) 
“İnter” (Finlandiya) 
“İlves” (Finlandiya) 
“Honka” (Finlandiya) 
“Breydablik” (İslandiya) 
“Bala Taun” (Uels) 
“Dinamo” (Batumi, Gürcüstan) 
“Lokomotivi” (Gürcüstan) 
“Sirens” (Malta) 
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)

Qeyri-müəyyənlər
“Şemrok Rovers” (İrlandiya) 
“Keşlə” (Azərbaycan) 
“Sumqayıt” (Azərbaycan)

Müəllif: Natiq NƏSİROV