Samboçumuzda dopinq aşkarlandı

ESTAFET/ Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Vüqar Şirinov diskvalifikasiya olunub. 

Samboçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində furosemid maddəsi tapılıb. O, bu səbəbdən 24 ay cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2020-ci il yanvarın 14-dən hesablanmağa başlanılıb və 2022-ci il yanvarın 14-də bitəcək. 

Qeyd edək ki, AMADA daha öncə 55 idmançımıza cəza tətbiq edib.

Müəllif: Natiq NƏSİROV