De Xea Şmeyxelin rekordunu qırdı
ESTAFET/ İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David de Xea komandasının tarixinə düşüb. İspaniyalı Premyer Liqada 113-cü quru oyununu keçirib.
Bu, XXXVIII turun “Lester”lə görüşündə (2:0) rəsmiləşib. 29 yaşlı qolkiper klub tarixinə Premyer Liqada ən çox quru matç keçirən futbolçu kimi düşüb. De Xea danimarkalı Peter Şmeyxeli (112) arxada qoyub.
Qeyd edək ki, David “Mançester Yunayted”ə 2011-ci ildə “Atletiko”dan keçib. O, 313 matçda 314 top buraxıb.