“Qalatasaray”da 4 illik müqavilə

ESTAFET/ Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatıb. İstanbul təmsilçisi Əmrə Kılıncla anlaşıb.

“Sivasspor”la müqaviləsi başa çatan 26 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent statusu ilə keçib. Onunla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kılınc 2016/17 mövsümünün qış fasiləsində “Boluspor”dan “Sivasspor”a transfer olunub.

Müəllif: Orxan NOVRUZOV