“Barselona”nın futbolçusu əməliyyat oluna bilər
ESTAFET/ “Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen Çempionlar Liqasından sonra əməliyyat oluna bilər. Bu barədə AS nəşri məlumat yayıb.
Xəbərdə, alman qapıçının ÇL-dən sonra dizindən əməliyyat oluna biləcəyi bildirilib. Ter Ştegen əməliyyat olunsa, ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Ter Ştegen son mövsümdə “Barselona” ilə 44 oyunda iştirak edib.