Obradoviç Azərbaycana dönür
ESTAFET/ Azərbaycan gənclərdən ibarət yığma komandasının (U-21) baş məşqçisi Milan Obradoviçin Bakıya qayıdış vaxtı məlum olub. Bu barədə Sport24.az-a serbiyalı mütəxəssisin özü məlumat verib: "Çox şadam ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı meyl müsbət istiqamətə getdi. Vəziyyət barədə mütəmadi xəbər alıram. Azərbaycana qayıdışma gəlincə, avqustun 3-də səfərə çıxacam. Avqustun 4-nə keçən gecə Bakıda olacam".
Qeyd edək ki, U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində növbəti oyunu sentyabrın 7-də Sumqayıtda "Kapital Bank Arena"da fransalı həmyaşıdlarıyla olacaq.