YENİYETMƏLƏRİN DÜNYA ÇEMPİONATI - III GÜNÜN NƏTİCƏLƏRİ

ESTAFET/ Banqkokda (Tayland) ağırlıqqaldırma üzrə yeniyetmələr arasında 7-ci Dünya çempionatı davam edir. 

 

Çempionatın üçüncü yarış günündə oğlanlar 62 kq, qızlar isə 53 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Çəki dərəcələrinin mükafatçılarını sizlərə təqdim edirik.

 

OĞLANLAR: 62 KQ  

   İdmançı  Ölkə  Birdən  Təkan  Toplam
 1  Anatoli Savelyev  KAZ  127  154  281
 2

 Yunban Vey

 CHN  126  150  276
 3  Muhammad Setiavan  IND  121  146  267

 

Azərbaycan bu çəki dərəcəsində Füqan Əliyev və Elvin Abdullayevlə təmsil olunurdu. Füqan A, Elvin isə C qrupunda mübarizə aparırdı. Daha öncə körpücük üzərinə çıxan Elvin toplam 224 kq (100+124) şəkini başı üzərinə qaldıra bilib və yarışları 25-ci sırada bitirib. Füqan Əliyev isə final qrupundakı mübarizədə 252 kq (112+140) çəkini qaldırmaqla Dünya çempionatını 7-ci sırada bitirib. Qeyd edək ki, Füqan Əliyev ötən ilin oktyabr ayında Malayziyanın Penanq şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində də iştirak etmiş və toplam 237 kq (106+131) nəticə ilə 16-cı olmuşdu. Aradan qısa keçən müddətdə gənc atletimiz öz nəticəsini 15 kq yeniləməyi bacarıb.    

 

QIZLAR: 53 KQ 

   İdmançı  Ölkə  Birdən  Təkan  Toplam
 1  Menqian Yu  CHN  85  104  189
 2  İl Qyonq Kim  PRK  81  107  188
 3  Kamila Konotop  UKR  85  101  186

 

Bu çəki dərəcəsində millimizin üzvlərindən Səbinə Əzimova körpücük üzərinə çıxıb və əsas qrupda mübarizə aparıb. Səbinə birdən qaldırma hərəkətində 75 kq-ı üçüncü yanaşmasında ram edib və bu hərəkətdə 8-ci olub. Təkanla qaldırma hərəkətində son olaraq 98 kq-ı ram edən Səbinə bu hərəkətdə 7-ci yeri tutub.


Toplam 173 kq (75+98) nəticə göstərən Səbinə ümumi sıralamada 8-ci pillədə qərarlaşıb. O, bununla ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyindəki nəticəsini 21 kq yaxşılaşdırıb.