MDB ölkələrinin Oyunları yenidən təxirə salına bilər

ESTAFET/ MDB ölkələrinin Oyunları təxirə salına bilər. Yarışın təşkilatçıları ilk dəfə keçiriləcək multiidman tədbirinin vaxtını dəyişdirmək variantını nəzərdən keçirir.

Bunu Tatarıstanın idman naziri Vladimir Leonov açıqlayıb. O bildirib ki, sentyabra planlaşdırılan Kazan şəhərinin ev sahibliyi edəcəyi yarışın oktyabrın əvvəlinə keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, MDB ölkələrinin Oyunlarının təşəbbüsü Rusiyadan gəlib. Bunu MDB hökumət başçıları Şurası da təsdiqləyib. Öncədən yarış avqustun 20-27-nə planlaşdırılsa da, koronavirus pandemiyasına görə sentyabra keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV