“Latsio”nun müdafiəçisi “Başakşəhər”in hədəfində
ESTAFET/ Türkiyənin “Başakşəhər” klubu Çempionlar Liqası ərəfəsində heyətini gücləndirmək niyyətindədir. İstanbul klubu bu məqsədlə müdafiəçi almağı planlaşdırır.
Super Liqanın çempionu “Latsio”nun futbolçusu Bastosla maraqlanır. İtaliya təmsilçisi də müqaviləsi gələn ilin yayında başa çatacaq 29 yaşlı anqolalı müdafiəçini satmaq niyyətindədir.
Qeyd edək ki, Bastos A seriyasının cari mövsümündə 15 matç keçirib.