"Şəhərlilər" "Bornmut"un müdafiəçisini alır

ESTAFET/ İngiltərənin “Mançester Siti” klubu daha bir futbolçunun keçidini razılaşdırıb. Premyer Liqa təmsilçisi aşağı dəstəyə yuvarlanan “Bornmut”un müdafiəçisi Natan Akeni heyətinə qatır.

“Şəhərlilər” futbolçunun keçidini 43 milyon avroya həll edəcək. Tərəflər arasında razılıq əldə olunsa da, keçid hələ rəsmiləşməyib.

Qeyd edək ki, “Mançester Siti” Akedən əvvəl “Valensiya”nın futbolçunun Ferran Torresin keçidini də razılaşdırıb.

Müəllif: Məsim MƏSİMZADƏ