Beşi mövqeyini qorudu, ikisi irəlilədi, biri gerilədi
ESTAFET/ FIDE şahmatçıların avqust reytinqini açıqlayıb. Koronavirus pandemiyası üzündən hesabat dövründə heç bir görüş keçirilmədiyindən siyahıda cüzi dəyişikliklər baş verib.
Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. “Top-100”də 5 kişi qrossmeysterimiz qərarlaşıb.
Teymur Rəcəbov 2765 xalla 9-cu, Şəhriyar Məmmədyarov 2764 xalla 11-ci, Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü pillədə qalıb. 2 addım geriləyən Rauf Məmmədov 2654 xalla 91-ci pillədə qərarlaşıb.
Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 29-cu pillədə qalıb. Hərəyə bir addım irəliləyən Gülnar Məmmədova (2382) 75-cı, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəlib.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür. (apasport.az)