“Yuventus” 16 yaşlı belçikalını transfer etdi
ESTAFET/ “Anderlext”in hücumçusu Samuel Mbanqula karyerasını İtaliyada davam etdirəcək. 16 yaşlı futbolçu “Yuventus”a keçib.
Belçikanın U-17 millisinin üzvü Turin klubu ilə 3 illik müqavilə imzalayıb. Mbanqula növbəti mövsümü “qoca sinyora”nın U-17 komandasında keçirəcək.
Qeyd edək ki, “Yuventus” baş məşqçi postunda dəyişiklik edərək, Mauritsio Sarrinin əvəzinə Andrea Pirlonu gətirib.