“Sivasspor” baş məşqçisi ilə bağlı qərarını verdi

ESTAFET/ Türkiyə klubu “Sivasspor” baş məşqçi ilə bağlı qərarını verib. Super Liqa təmsilçisi hazırkı çalışdırıcı Rıza Çalımbayı saxlamaq qərarına gəlib.

Rəhbərliyin yeni müqavilə ilə bağlı danışıqları artıq müsbət nəticələnib. 57 yaşlı mütəxəssis sabah rəsmi sazişə qol çəkəcək və komandada işini davam etdirəcək.

Qeyd edək ki, “Sivasspor” 2019/20 mövsümündə Super Liqada 4-cü yeri tutub və Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

Müəllif: Orxan NOVRUZOV