"Bütün diqqətimiz "Neftçi" ilə matça yönəlib": "Şkupi"nin baş məşqçisi
ESTAFET/ "Hər şeydən öncə futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz". Bu fikirləri "Neftçi"nin futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi"sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa"ya 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
Onun sözlərinə görə, ilk hissədə yüzfaizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər: "Son dəqiqələrdə vurulan qollarla qazandığımız 3 xala görə məmnunuq. Artıq bütün diqqətimiz "Neftçi"ilə görüşə yönəlib. Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".
Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq. (sport24.az)