"Messinin ayrılması çıxış yolu deyil": Ronaldo
ESTAFET/ Əfsanəvi braziliyalı futbolçu Ronaldo "Barselona"nın kapitanı Lionel Messinin hazırkı durumuna münasibət bildirib. "Valyadolid" klubuna prezidentlik edən "yekədiş" argentinalının Kataloniya təmsilçisində qalmalı olduğunu düşünür.
Onun sözlərinə görə, "Barselona" meydanda Messiyə kömək edəcək oyunçularla güclənməlidir: "Messi komandasının əsas oyunçusudur. "Barselona"nın rəhbərliyində olsaydım, istənilən şəraitdə onu buraxmazdım. Leo möhtəşəm oyunçudur və klubuna bağlıdır. Anaq Çempionlar Liqasındakı məğlubiyyətindən sonra vəziyyət daha da ağırlaşdı. Hər halda komanda yoldaşları Messiyə kömək etməlidirlər. "Barselona" gələn mövsüm üçün nəyisə dəyişməyə çalışmalıdır. Ancaq əsas oyunçusunun ayrılması çıxış yolu deyil".
Qeyd edək ki, "Barselona" 2019/20 mövsümünü titulsuz başa vurub. (apasport.az)