Türkiyə klubunun futbolçusu koronavirusa yoluxdu

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən daha bir klubun futbolçusu koronavirus infeksiyasına yoluxub. “Göztəpə” yeni tansfer etdiyi futbolçulardan birinin testinin pozitiv çıxdığını bəyan edib.
Həmin oyunçunun adı açıqlanmasa da, onun heyətə yeni cəlb olunduğu vurğulanıb. Afyon toplanışına cəlb edilməyən futbolçu evində karantinə alınıb.
Qeyd edək ki, son günlər Türkiyə Super Liqası və TFF I liqasında çıxış edən bir neçə klubda koronavirusa yoluxma faktı aşkarlanıb.
