“Qalatasaray” İvan üçün danışıqlara başladı
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubunun mövsümlərarası dövrdə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub. İstanbul təmsilçisi 2020/21 mövsümü ərəfəsində heyətini İvan Rakitiçlə gücləndirmək niyyətindədir.
Türkiyə klubu artıq futbolçunun agenti ilə danışıqlara start verib. Xorvatiya millisinin yarımmüdafiəçisi isə “Sevilya”ya qayıtmağın tərəfdarıdır.
Çıxış etdiyi İspaniya “Barselona”sının yeni baş məşqçisi Ronald Kumanın planlarına daxil olmayan Rakitiç 2011-2014-cü illərdə də Sevilyanın eyniadlı təmsilçisinin formasını geyinib. Bunadək yarımmüdafiəçi Almaniyada “Şalke”, İsveçrədə “Bazel”in şərəfini qoruyub.
Qeyd edək ki, İvan 2019/20 mövsümündə 42 oyuna 1 qol vurub.