17 yaşlı hücumçu üçün 170 milyonluq təklif

ESTAFET/ İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. “Mançester Yunayted” gənc hücumçunun xidmətində maraqlıdır.

İngiltərəlilər 17 yaşlı forvardın transferi üçün 170 milyon avro ödəməyə hazırdır. Bu, Fatinin müqaviləsində əks olunan məbləğdir. Kataloniyalılar bu rəqəmi 400 milyona qaldırmaq üçün futbolçuya yeni anlaşma təklif etmək niyyətindədir.

Qeyd edək ki, 2019/20 mövsümündə La Liqada 24 matç keçirən Ansu 7 qol vurub.

Müəllif: Natiq NƏSİROV