Türkiyə yığmasının heyəti açıqlandı
ESTAFET/ Futbol üzrə Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Macarıstan və Serbiya ilə keçiriləcək oyunların heyətini açıqlayıb. Baş məşqçi Şenol Günəş ilkin heyətdə 28 futbolçuya yer verib.
Dəvətlilər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də var. “Ay-ulduzlular” avqustun 30-da təlim-məşq toplanışına başlayacaq.
Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Gökhan Akkan (“Rizəspor”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mehmet Zəki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Nazım Sanqare (“Antalyaspor”), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Muhammed Kabak (“Şalke”, Almaniya), Yıldırım Mərt Çətin (“Verona”, İtaliya), Cengiz Umut Meraş (“Havre”, Fransa), Hasan Ali Kaldırım (“Başakşəhər”);
Yarımmüdafiəçilər: Cengiz Ündər (“Roma”, İtaliya), Efecan Karaca (“Alanyaspor”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), İrfan Can Kahveci, Mahmut Tekdemir (hər ikisi “Başakşəhər”), Mərt Hakan Yandaş, Ozan Tufan (hər ikisi “Fənərbaxça”), Okay Yokuşlu (“Selta”, İspaniya), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Əmrə Kılınç (“Qalatasaray”);
Hücumçular: Ahmed Kutucu (“Şalke”, Almaniya), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kənan Karaman (“Fortuna”, Almaniya).
Qeyd edək ki, sentyabrın 3-də Sivasda Macarıstanı qəbul edəcək Türkiyə millisi üç gün sonra Belqradda Serbiyanın qonağı olacaq. (apasport.az)