Rakitiç keçmiş komandasına qayıtmağa hazırlaşır
ESTAFET/ İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç keçmiş komandası “Sevilya”ya qayıtmağa hazırlaşır. Xorvatiyalı yarımmüdafiəçinin La Liqa təmsilçisi ilə danışıqları uğurlu yekunlaşıb.
Kataloniya klubunun transferə çıxardığı 32 yaşlı oyunçu “Sevilya” ilə 3 və ya 4 illik müqavilə bağlayacaq. O, hətta “Barselona”dakı maaşının 50 faizindən azına da razılıq verib. “Barsa”da illik məvacibi 8 milyon avro olan Rakitiçin “Sevilya”dakı qazancı 3,7 milyon avro təşkil edəcək. İndi yalnız klublar arasında razılığın əldə olunması qalıb.
Qeyd edək ki, İvan Rakitiç 2011-2014-cü illərdə “Sevilya”nın formasını geyinib. Onun “Barselona” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.