Pol Poqba koronavirusa yoluxdu
ESTAFET/ İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba koronavirus infeksiyasına yoluxub. Ulduz futbolçudan götürülən testin nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən Poqba Fransa millisinin Millətlər Liqasının 2020/21 mövsümündəki ilk iki matçının heyətindən çıxarılıb. Onun əvəzinə “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqaya dəvət göndərilib. Fransa yığması sentyabrın 5-də İsveç, 8-də isə Xorvatiya ilə qarşılaşacaq.
Qeyd edək ki, "Tottenhem"in yarımmüdafiəçisi Tanqay Ndombele də koronavirusa yoluxduğu üçün Fransa yığmasının heyətindən kənarlaşdırılıb. 23 yaşlı oyunçu iki həftəlik karantinə alınıb. (apasport.az)