A seriyasının startı təxirə salınır
ESTAFET/ Futbol üzrə İtaliya A seriyasında 2020/21 mövsümünün startı təxirə salına bilər. Klublar bununla bağlı İtaliya Futbol Federasiyasına müraciət ünvanlayıblar.
Elita təmsilçiləri sentyabrın 12-də başlaması planlaşdırılan mövsümün bir həftə sonraya – sentyabrın 19-na keçirilməsini xahiş ediblər. Bu məsələdə “İnter” klubu xüsusi fəallıq nümayiş etdirir. Milan təmsilçisi ilk turun təxirə salınması üçün digər komandaların razılığını alaraq, federasiya ilə danışıq aparır.
Qeyd edək ki, İtaliya A seriyasında 2019/20 mövsümünün çempionu “Yuventus” olub. “İnter” isə ikinci yeri tutub.