La Liqa klubunun iki futbolçusunda koronavirus aşkarlandı
ESTAFET/ Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan "Kadis"in 3 üzvü koronavirusa yoluxub. Klubun rəsmi saytı xəbər verir ki, onlardan ikisi futbolçu, biri isə məşqçidir.
Həmin şəxslərin adları açıqlanmayıb və onlar təcrid olunublar. Komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib.
Qeyd edək ki, La Liqada 2020/2021 mövsümü sentyabrın 13-də başlayacaq. (report.az)