“Barselona” Umtitinin müqaviləsini ləğv edir
ESTAFET/ “Barselona”dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib. Müdafiəçi Samuel Umtiti tezliklə Kataloniya klubunu tərk edəcək.
Tez-tez zədələndiyi üçün yeni baş məşqçi Ronald Kumanın gələcək planında yer almayan ulduz futbolçu ilə müqavilə müddətinin ləğvi nəzərdən keçirilir. Mərkəz müdafiəçisi özü qalmaq istəsə də, niderlandlı mütəxəssisə lazım deyil. Bu üzdən rəhbərlik Umtitiyə azad agent kimi başqa kluba keçməsi üçün şərait yaradacaq.
Qeyd edək ki, Samuel Umtiti “Barselona”ya 2016-cı ildə 25 milyon avro qarşılığında “Lion”dan keçib. 27 yaşlı oyunçunun klubla müqavilə müddəti 2023-cü ilə qədərdir.