Hakimlərin dördüncü vebinarı

ESTAFET/ Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının növbəti vebinarı keçirilib. Dördüncü dəfə təşkil olunan onlayn seminarda HK-nın sədri Qərib Əliyev ilk öncə Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib.

O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb.

Daha sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub.

Müəllif: Natiq NƏSİROV