Marko Roysun 3 saniyəyə sığan rekordu

ESTAFET/ Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys rekorda imza atıb. Ulduz futbolçu Almaniya kubokunun 1/32 final mərhələsində “Duysburq”la matçda buna nail olub.
Görüşün 57-ci dəqiqəsində meydana daxil olan 31 yaşlı hücumameyilli oyunçu cəmi 3 saniyə sonra fərqlənib. Bu isə Almaniya kuboku tarixində rekord göstəricidir. İndiyə qədər rekord 2014-cü ildə “Ayntraxt”la qarşılaşmada meydana girdikdən 12 saniyə sonra qol vuran “Hoffenhaym”ın hücumçusu Antonio Modesteyə məxsus idi.
Qeyd edək ki, “Duysburq” üzərində 5:0 hesablı qələbə qazanan “Borussiya” ölkə kubokunda mərhələ adlayıb. (apasport.az)
