Sərgən Yalçın koronavirusa yoluxdu

ESTAFET/ "Beşiktaş" klubunun baş məşqçisi koronavirusa yoluxub. Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirus pandemiyasına yoluxub. Bunu 48 yaşlı çalışdırıcı özü açıqlayıb.
Mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının 1-ci turunda sentyabrın 13-də "Trabzonspor"la səfərdə keçiriləcək oyundan əvvəl ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan Yalçının müayinəsinə start verilib. "Trabzonspor"la matçda komandaya köməkçi-məşqçi Murat Şahin rəhbərlik edəcək.
Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçi postuna bu il keçib.
