“Səviyyə sözünü dedi”: Emin Mahmudov

ESTAFET/ "Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı”. Bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. 

Bakı təmsilçisinin kapitanı Avropa Liqasında "Qalatasaray”a 1:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. Təcrübəli futbolçu klubunun saytına rəqib komandanın şanslarından maksimum yararlandığını bildirib: “Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

Müəllif: Natiq NƏSİROV