"Sabah"da millimizin üzvü ilə yeni müqavilə
ESTAFET/ “Sabah” futbolçusu Ozan Can Kökçü ilə yeni müqavilə bağlayıb. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi paytaxt klubunda 19 oyun keçirib, 1 qola imza atıb.
Qeyd edək ki, Kökçünün "Sabah"la əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.