Naydiç və Məmmədyarov medalçılar sırasında

ESTAFET/ Şahmat üzrə komandalararası Almaniya çempionatı başa çatıb. Karlsrue şəhərində təşkil olunan yarış 7 turdan ibarət olub. 

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Arkadi Naydiç də yarışın iştirakçıları sırasında yer alıb. Şəhriyar “Vernheym”, Arkadi isə “Baden-Baden”in şərəfini qoruyub.

Çempionluğun taleyi bu iki komandanın son turdakı görüşündə həll olunub. 4,5:3,5 hesabı ilə qalib gələn “Baden-Baden” son illərdə qazandığı çempionluqları davam etdirib. Arkadi komandası ilə birlikdə qızıl medal qazanıbsa, Şəhriyar “Vernheym”lə birlikdə gümüşə yiyələnib.

Müəllif: Natiq NƏSİROV