Kuenka da “Barselona”dan getdi

ESTAFET/ İspaniyanın “Barselona” klubunun daha bir futbolçusu komandanı tərk edib. Müdafiəçi Xorxe Kuenka “Vilyarreal”a keçib.

20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Vilyarreal”ın Kuenka üçün “Barselona”ya ödədiyi transfer məbləği açıqlanmır.

Qeyd edək ki, bunadək Arturo Vidal, Artur Ramos və Luis Suares də daxil olmaqla bir neçə futbolçu bu yay “Barselona”dan ayrılıb.

Müəllif: Natiq NƏSİROV