ÇL-də həftənin ən yaxşısı Jota oldu

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Qalibin adını qurumun rəsmi saytı açıqlayıb.
Bu ada "Liverpul"un hücumçusu Dioqu Jota layiq görülüb.
24 yaşlı portuqaliyalı futbolçu İtaliya "Atalanta"sı ilə görüşdə (5:0) "het-trik" edib.
