Salah koronavirusdan sağaldı
ESTAFET/ İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah koronavirusdan sağalıb. Bu barədə “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp məlumat verib.
Almaniyalı mütəxəssis bildirib ki, sonuncu dəfə noyabrın 8-də meydana çıxan misirli forvard Çempionlar Liqasının qrup mərhələsində İtaliya təmsilçisi “Atalanta” ilə matçda iştirak edə bilər: “Salah dünən ümumi məşqdə kollektivlə birgə olub və çox yaxşı görünürdü. Hamı kimi, onun da testi neqativ çıxıb. Dünəndən bəri nəsə dəyişməyibsə, meydana çıxa bilər”.
Qeyd edək ki, “Liverpul” – “Atalanta” oyunu sabah keçiriləcək.