Kuman maaşının azaldılmasına razılıq verdi
ESTAFET/ İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman maaşının azaldılmasına razılıq verib. Niderlandlı mütəxəssis koronavirus pandemiyası səbəbindən maliyyə baxımından çətin duruma düşən kluba kömək etmək üçün bu addımı atıb.
Kuman bununla həm də futbolçulara örnək olacağını düşünür. Kuman məvacibinin təxminən 30 faizindən imtina etməsinə dair razılığını bildirib. Tezliklə yenilənmiş müqaviləyə qol çəkiləcək. Artıq bəzi oyunçuların da əməkhaqqısının 30 faizindən imtina etməyə razı olduğu bildirilir.
Qeyd edək ki, “Barselona” rəhbərliyi məvaciblərdən 191 milyon avro azaltmağı planlaşdırır. (apasport.az)