“Qalatasaray”da prezident seçkiləri təxirə salındı
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri təxirə salınıb. Buna səbəb koronavirus pandemiyası göstərilib.
Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəb göstərilərək, seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti Mustafa Cengizdir.