Yılmaz Vural reanimasiyaya yerləşdirildi

ESTAFET/ Türkiyəli məşqçi Yılmaz Vural ikinci dəfə koronavirusa yoluxub. İyunda bu virusdan əziyyət çəkən 67 yaşlı mütəxəssisin bu dəfə də testi pozitiv çıxıb.
Halı pisləşən Vural özəl xəstəxanaların birinə aparılıb və dərhal reanimasiyaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, dünyada ən çox komanda dəyişdirən məşqçilərdən biri kimi tanınan Yılmaz Vuralın son iş yeri “Akhisar” olub. (apasport.az)
