Ryabova millimizdə hansı şərtlərlə iştirak etdiyini açıqladı

ESTAFET/ “Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası ilə daim sıx təmasdayıq. Onlar məsləhətlərini, tövsiyələr verir, iradlarını qeyd edir”.
Bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.
Rusiya mətbuatına müsahibə verən idmançı federasiya tərəfindən aldığı dəstəyə də toxunub: “Maliyyə dəstəyi planında mənə ötən il sponsor tapdılar. Əgər mən başqa ölkələrə turnirlərə gedirəmsə, mənim yol və otel xərclərim ödənilir”. (apasport.az)
