Yılmaz Vural süni aparatdan ayrıldı

ESTAFET/ Koronavirusa yoluxan türkiyəli məşqçi Yılmaz Vuralın səhhəti yaxşılaşıb. Təcrübəli mütəxəssis artıq özünə gəlib.

Həkimlər bir neçə gündür reanimasiyada olan Vuraldan süni aparatı ayırıblar. 67 yaşlı məşqçi artıq aparatın köməyi olmadan özü nəfəs ala bilir. Onun yaxın günlərdə palataya keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yılmaz Vural noyabrın 24-də koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

Müəllif: Orxan NOVRUZOV