Yunis Hüseynov koronavirusa yoluxub
ESTAFET/ “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, koronavirus testi pozitiv çıxan təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqada ilin son iki turunda “Səbail” (20 dekabr) və “Neftçi” (24 dekabr) ilə matçlarda texniki zonadakı yerini tuta bilməyəcək.
Qeyd edək ki, daha öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxmuşdu.