Güləşçimizdən erməni üzərində növbəti qələbə

ESTAFET/ Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Bu gün 57, 70, 74, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.

Dünya Kubokuna uğurla başlayan təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. Erməni isə medal qazanmaq üçün Azərbaycan idmançısına azarkeşlik etməlidir. Çünki təmsilçimiz finala yüksəlsə, Eloyan təsəlliverici mərhələdə güləşmək hüququ qazanacaq.

Qeyd edək ki, 1/4 və 1/2 final mərhələsi bu gün, həlledici qarşılaşmalar sabah baş tutacaq.

Müəllif: Natiq NƏSİROV