Messi Peleye çatdı, keçə bilmədi
ESTAFET/ İspaniya La Liqasının “Barselona” – “Valensiya” qarşılaşması rekordla əlamətdar olub. 2:2 hesabı ilə başa çatan qarşılaşmada meydan sahiblərinin ilk qoluna imza atan Lionel Messi komandasının heyətində 643-cü qolunu vurub.
Bununla da argentinalı bir klubda vurulan qol sayında futbol kralı Pelenin rekordunu təkrarlayıb. Braziliyalı doğma “Santos”unun heyətində 643 dəfə fərqlənib.
Qeyd edək ki, 45+5-ci dəqiqədə hesabda tarazlıq yaradan Messinin ikinci hissədə mütləq rekord üçün vaxtı olsa da, bundan yararlanmayıb.